Rəhbərin namaz barədə fikirlərinin toplandığı kiçik bir kitab var. Əziz qardaşlar onu səsləndiriblər. Bu kitabı bir dəfə dinləsəm də yenidən dinləyəndə diqqətimi bu cümlə çəkdi;
Diqqətsiz qalıb az adamla, özü də həvəssiz yaşlılarla qılınan camaat namazını göstərmək camaat namazının təbliği deyil...
Camaat imamı namaz qılmağın yanında İlahi rəhmətin və hidayətin endiyi o yerdə, həmdərdliyi, yol göstərməyi və həmrəy olmağı namaz qılanlara hədiyyə edə bilər. Bu zaman tələbə və şagird toplumları özlərinin ən cazibədar toplantı mərkəzlərini universitetin və məktəbin məscidi biləcəklər...
Əgər nə vaxtsa əlinizə bir məscidin müdiriyyəti keçsə bu nüansa diqqət edin. Mənim illərdir müşahidə etdiyim bir nüans var; cavanlar yox, adətən bəzi məscidlərə ancaq yaşlı adamlar gəlir. 2 namazın qılınması təqribən 40 dəqiqə çəkir. Məscidə gələn cavanlar uzaq-başı kənarda fərdi niyyət edib 7-8 dəqiqəyə namazlarını qılıb gedirlər. Beləliklə bir müddət sonra həmin cavanlar ümumiyyətlə məscidə gəlmirlər. Sanki cavanları məsciddən soyutmaq planının icrası həyata keçirilir. Biz, Əhli-Beytin namazına diqqət edəndə görürük ki, təklikdə uzun, camaatla isə qısa qılıblar namazı. Camaat namazının sürətli qılınması barədə əmrlər də var hədislərdə. Bəs niyə tamamilə əksi icra olunur? Bəzi şeylərə yenidən baxmağın vaxtıdır. Bu işlərdə bizə əziz rəhbərin fikirləri ən gözəl yol göstərəndir. Mən bir dəfə bazarda idim, namaz vaxtı məscidə girdim. Məscidin bütün əhli bazarda işləyənlər idi. Demək olar ki, hamı mağazanı bağlamışdı və gəlmişdi. Pişnamaz çox sürətli şəkildə namazı qıldı, iki namazın arasında heç bir uzun müstəhəbləri etmədən ikinci namaza başladı. İkinci namaz bitən kimi tez hamıya çay paylandı. Çayı 2 dəqiqəyə içib hamı getdi. Mən şoka düşmüşdüm. Pişnamaz o qədər zirəng adam idi ki, məscid əhlinin mağaza işlədənlər olduğunu nəzərə alıb belə bir üsul tapmışdı. Bütün bazarı da namaza gətirmişdi. Pişnamaz cavan idi...