🖋 Dr.Misbah Yəzdi
📚 Rəbbin dərgahında - (bəzi məşhur duaların şərhi)
📝 İnsan öz həyatının eniş-yoxuşlarında, acılı-şirinli hadisələrində bəzən elə bir ruhi sıxıntıya düşür ki, heç bir maddi vasitə ilə sakitlik tapmır. Bütün imkanlıların imkanını, sərvətlilərin sərvətini və dünyəvi ləzzətlər üçün olan vasitələrin hamısını onun ixtiyarında qoysalar belə, ruhi sıxıntısından zərrəcə azalmaz. Belə bir halda insan ürək sözlərini demək üçün ən yaxın dostunun, özü üçün ən əziz olan şəxsin sorağına gedir. Bəzən isə heç kəsi məhrəm və etibarlı saymayaraq tənhalığın bir küncündə öz-özü ilə pıçıltıya qapılır. Bütün hallarda sakitlik və şəfa üçün yeganə yol məhbub ilə ünsiyyət və məşuq yanında qəlb süfrəsini açmaqdır.
https://t.me/pdf_dini_kitablar