Nəhayət ki, Fələstin kitabını tək parça şəklində hazırladıq. 12 saata yaxın olsa da, dinləməyə dəyər. Bunu mp3 şəklində yükləyib yol gedərkən dinləyə bilərsiniz. Bəlkə 10 dəfədən çox ən başdan dinləmişəm bu kitabı. Çünki hər dəfə dinlədikcə yeni nüanslar tapıram. Kitabı dinlədikdən sonra əldə edəcəyiniz ən mühüm nəticə düşünürəm bu olacaq ki, bu gün özünü bəzi fələstinsevər kimi göstərənlərin "şərqi və qərbi Qüds olmaqla paytaxtın bölünməsi, Fələstin Muxtariyyatı" kimi hiylələri həqiqətdə elə İsrailin oyunudur. Dünyada yeganə lider İmam Xameneidir ki, bu nüansı belə açıq dil ilə bəyan edir. Məhz buna görə Netanyahu bu kitabı əlinə alaraq "Ayətullah Xameneinin bizim məhvimiz barədə yazdığı kitab" demişdi. Bir düşünün. Rəhbərin xeyli kitabı var. Amma düşməni ən incidən kitabı budur. Rəhbər özü də bəzi çıxışlarında filan əsərimi mütləq mütaliə edin deyir. Bəs məlum olur ki, ağanın bəzi əsərləri digərlərindən daha mühümdür. Bu əsər də həmin əsərlərdəndir.
https://youtu.be/YuCp5qcawfY?si=oQgI2omaIimAkU6Q
https://youtu.be/YuCp5qcawfY?si=oQgI2omaIimAkU6Q