•HİCAB
(İmam Xameneinin Çıxışları Əsasında)
“Qadın məsələsində siz müdafiə mövqeyində durmamalı, hücuma keçməlisiniz. Onlar bizə etiraz edirlər ki, nə üçün qadınlarınız hicablıdır? Nə üçün hicab məcburidir? Əvvəla, onların özləri də hicabsızlığı məcburi etmişlər. Bu bir məsələ. Lakin onların qadın problemi olduqca böyükdür. Qərb mədəniyyətində, Qərb dünyasında qadın pozğunluğa çəkilmiş, təhqir olunmuşdur. Diplomatik müzakirələr zamanı qadın və kişinin bir-birinin yanında, çiyin-çiyinə oturması qərblilərin qadına vurduqları zərbələri düzəldə bilməz. Onlar qadından ləzzət və ehtiras aləti kimi istifadə edirlər. Onlar düşünürlər ki, bəzənməyən qadının dəyəri yoxdur; qadın bəzənib-düzənməlidir ki, kişilər onu bəyənsinlər. Bu, qadına qarşı ən böyük təhqirdir. Sizin sözünüz var və bu məsələlərdə iddialısınız”...
İmam Xameneinin İran İslam Respublikasının ölkə xaricindəki nümayəndəliklərinin başçıları ilə görüşündən-2004
PDF Kitabxana