İmam Hüseynin (ə) müsibəti haqqında yazılmış yeganə roman olan "Eşqin Şəhidi" kitabı. Təbii ki, Kərbəla haqqında yüzlərlə kitablar yazılıb, amma roman janrında bu kitabdan savayı bir kitab görməmişəm. Roman bilirsiz ki, yazıçının şəxsi təxəyyül məhsuludur. Tarixi romanlar da bu cürdür. Müəyyən tarixi xronoloji ardıcıllıq gözlənilsə də, qələmə alınan səhnələr adətən müəllifin qabından olur. Bu kitab ümumilikdə tövsiyə olunan bir kitab olsa da, bəzi hissələri müəllifin öz uydurmasıdır: İmamın səhrada qum fırtınasına düşüb namazı qəza etməsi kimi. Kitab yorucu deyil, müəllifin qələmi sizi Məkkədən Kərbəlaya qədər İmam Hüseynlə birgə aparır. Bu kitabı mütaliə edən hər kəs qeydlərində göz yaşlarına qərq olduğunu yazır.
İmam Xamenei buyurur ki, biz, müasir dövrün insanına klassik metodlarla təbliğat aparsaq müvəffəqiyyətimiz az olar. Gərək müasir üslublardan istifadə edək. Bu kitabı bəyənməyimin əsas səbəbi də müasir dövr oxucusuna onun müştəri olduğu roman janrında əsər təqdim etməsidir. Yəni müasir metoddan istifadə olunmasıdır. Kitabdakı xətalı nöqtələri də bu kontekstdən dəyərləndirməliyik. Gözəl bir əsər qoyulub ortaya, iş görülüb və orda mütləqdir ki, xəta da olmalıdır.
https://youtube.com/shorts/a8pLhN7U3Xo?si=6SZtYmyw3dhqgeZm